- L - PDF Çap et Dosta göndər
Atalar sözü və məsəllər

***

Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır.

 

***

Lal-dinməz qovluq.

 

***

Lalam, karam dinmərəm.

 

***

Lalın dilini anası bilər.

 

***

Lat-lüt İmam Rza!

 

***

Laçın balasın verməz, bəlkə zorla alalar.

 

***

Leyli bazarıdır, Məcnun can satır.

 

***

Leylək gününü tak-takla keçirdər.

 

***

Leş görəndə quzğuna dönər.

 

***

Ləb deməkdənsə, ləbləbi de.

 

***

Ləbləbidir el dəbidir.

 

***

Ləvənd ləvəndi tapar.

 

***

Ləzgi nədir, güzgü nədir?

 

***

Ləyaqət ağıldadır, əsil-nəbəslə deyil.

 

***

Ləl daşını, çay daşına qatma qardaş, kərəm eylə.

 

***

Lələ var, yurdu yox.

 

***

Lələ ikinci anadır.

 

***

Lələ köçüb, yurdu qalıb.

 

***

Lələ köçüb yurdu ağlayır.

 

***

Lələnin yaz evi.

 

***

Lənət kor şeytana.

 

***

Lənət heçə!

 

***

Libasım yamaq götürür, qarnım yox.

 

***

Loğma qarın doyurmaz, hörmət artırar.

 

***

Loğma dağ aşırar.

 

***

Loğma deyil boğmadır.

 

***

Loğmanı az götür, çox çeynə.

 

***

Lotu lotunu aldatmaz.

 

***

Lotu lotunu tapmasa, qara geyər, yaslı olar.

 

***

Lotu lotunun sözünə inanar.

 

***

Lotudan adam zərər görməz.

 

***

Lotuya bir şillə kar eləməz.

 

***

Lotunun da allahı var.

 

***

Lotunun dilini lotu bilər.

 

***

Lotunun pulu qurtaranda soğan-çörək də səlamətdir.

 

***

Loş kimi burnunu salladıb.

 

***

Lüləyin aftafa yerini tutar, girova qoyanda tutar, girova qoyanda alan olmaz.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 23 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219736