*** Meşə çaqqalsız olmaz. *** Mərddən bir xəta, namərddən min. *** Mərd əli kasad olmaz. *** Mərdi qova-qova namərd eləmə. *** Mərd igidlər süfrə açar, ad alar. *** Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyanbangərd olar. *** Mərdin gözü tox olar, namərdin gözü ac. *** Mərd mərdi qanar, Bərkdə oduna yanar. *** Mərd özündən bilər, namərd yoldaşından. *** Mərd çörəyini daşdan çıxardar. *** Məscid tikilməmiş kor əsasın dayadı. *** Miyançının kisəsi gen olar. *** Milçək bir şey deyil, könül bulandırır. *** Molla alacağın unutmaz. *** Molla acgöz olar. *** Molla aşı gördü, yasini yadından çıxartdı. *** Molla bəyə qoşuldu, xalqın evi yıxıldı. *** Molla qarınqulu olar. *** Molladan adam, Palıddan badam! *** Molla dinindən dönər, danasından dönməz. *** Molla ilə oturub-duran axırda mürdəşir olar. *** Mollaya dedilər: "Almaqla necəsən?" Dedi: "Alıçı quş kimi." "Verməklə necəsən?" Dedi: "Söz qəhətdir başına?" *** Molla kitabdan kitaba salar, halal eylər, yeyər. Mollanın qarnı beşdir, həmişə biri boşdur. *** Mollanın evi onda yıxıldı ki, iki yerə və'dəsi alındı. *** Mollanın gözü dörd olar. *** Mollanın saqqalı uzun olar, ağlı qısa. *** Mollanın çörəyi ilə ilanın ayağı görünməz. *** Molla tuluq zurnasıdır, qarnı dolmasa səsi çıxmaz. |