- N - PDF Çap et Dosta göndər
Atalar sözü və məsəllər

***

Nadiri taxtda görüb, Suleymanı qundağda.

 

***

Namərddən keç, mərddə dur.

 

***

Namərdə yaxa vermə, mərdə arxa ol.

 

***

Namərdi bir gördüm, bir də görsəm namərdəm.

 

***

Namərdin otağından, mərdin ağac kölgəsi.

 

***

Namərdin plovundan, mərdin qatıq aşı.

 

***

Namərd gəlib mərd olmaz, boyunca qızıl qala.

 

***

Namərdə tuş gələnin işi düyünə düşər.

 

***

Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun.

 

***

Nə qoyuna gedər, nə qapıda hürər.

 

***

Nəğdi qoyub, nisyə dalınca düşmə.

 

***

Nə doğrarsan aşına, o çıxır qaşığına.

 

***

Nə əkərsən, onu biçərsən.

 

***

Nə yada sirrini ver, nə namərdə bel bağla.

 

***

Niyyətin hara, mənzilin ora.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219718