*** Rahatlıq istəyən adam kar, kor gərək. *** Rast gəlməyən işə peşiman olma. *** Rahat durmayan, narahat olar. *** Rahat oturana nə vali gələr, nə hakim. *** Rəhmət düzənə, lənət pozana! *** Rəmmaldır, peyğəmbərlik iddiası eləyir. *** Rəndə görməyib. *** Rəngimə bax, əhvalımı xəbər al! *** Rəncbərin ümidi əkinədir. *** Rişxənd etmə qonşuna gələr bir gün başına. *** Rişxəndlik ağlın zəifliyindən doğar. *** Ruzi yemək olsun, ocaqda olsun. *** Ruzi həllacbazarda gəzir. *** Ruzimiz düşüb kor Məliyin əlinə. *** Ruzi ki, dedin, qazıya məlum. *** Ruzinin gələn vaxtı köpəyi yuxu tutar. *** Rüşvət cəhənnəmi işıqlandırır. *** Rüşvət cəhənnəmin açarıdır. *** Rüşvət haramdır. *** Rüşvət qapıdan girərsə, iman bacadan çıxar. *** Rüşvətxorun aqibəti yoxdur. |