- P - PDF Çap et Dosta göndər
Atalar sözü və məsəllər

***

Pay verdi, dalınca xəbər göndərdi.

 

***

Papağını məscidə atsan dalınca getməz.

 

***

Paxıl artmaz.

 

***

Paxıl olmasan, dərdin olmaz.

 

***

Peyğəmbər əvvəl öz canına dua eləyib.

 

***

Pis iş mərdə ar olar,
Namərd gözü dar olar.

 

***

Pis günün ömrü az olar.

 

***

Pişiyin ağzı ətə çatmayanda deyər iy verir.

 

***

Pişiyi bağlayıb süfrə açır.

 

***

Pul verməz, can verər.

 

***

Pusquda oturan yatmaz.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 15 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219721