- S - PDF Çap et Dosta göndər
Atalar sözü və məsəllər

***

Savadsız adam kor kimidir.

 

***

Samanlıqda iynə axtarır.

 

***

Sayanın quluyam, saymayanın ağası.

 

***

Samən sənin deyil, samanlıq ki, sənindir.

 

***

Səbrinən halva bişər, ey qora səndən, bəsləsən atlaz olar tut yarpağından.

 

***

Sən ağa, mən ağa, inəkləri kim sağa.

 

***

Sən vurmadın, mən yıxmadım, bəs nə oldu?

 

***

Sənə vur dedilər, öldür demədilər.

 

***

Sənin ipinlə quyuya girmək olmaz.

 

***

Sənət insan üçün xəzinədir.

 

***

Səhər gününə qızınmayan axşam gününə qızınmaz.

 

***

Səhər gedər naxıra, axşam gələr axıra.

 

***

Sən saydığın say, gör fələk nə sayır.

 

***

Sidq ilə dost olan ürəkdən də bir gərək.

 

***

Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.

 

***

Siçandan törəyən kəsəyən olar.

 

***

Sirr açandan el qaçar.

 

***

Sirrini dosta demə, dostun da bir dostu var.

 

***

Sınan gəmiyə nə külək.

 

***

Soğan yeməmisən için niyə göynəyir.

 

***

Sonrakı peşimançılıq fayda verməz.

 

***

Sorğu-sual göydə deyil, yerdədir.

 

***

Soruşan dağları aşar,
 Soruşmayan düzdə çaşar.

 

  ***

Sözün ilə işin bir olsun.
Sözü asta, ürəyi tasvasda.

 

***

Sözü at, yiyəsi götürər.

 

***

Sözü yaxşı anla,
Sonra qızıb banla.

 

***

Sözün başı axırından bilinər.

 

***

Sözün damarı olar, çəkdikcə uzanar.

 

***

Sözün də qanadı var.

 

***

Sözün doğrusun de, min atını çap.

 

***

Sözün doğrusunu zarafatla deyərlər.

 

***

Sözün zahiri zərif, batini lətif olamalıdır.

 

***

Sözün ilə işin bir olsun.

 

***

Sözün yalanı olmaz, yanlışı olar.

 

***

Sözün yaxşısı baldan şirin olar.

 

***

Sözünü bilməyənə aşağı başda da yer yoxdur.

 

***

Sözü sözdən alarlar.

 

***

Söz həyatın bəzəyidir.

 

***

Söz çeynəyən çox, söz deyən az.

 

***

Söyləyəndən dinləyən arif gərək.

 

***

Söyləyən olma, dinləyən ol.

 

***

Söhbət ki var, bulağdır, kəsilməsə axacaq.

 

***

Sözü söz kəsər.

 

***

Söz bir olsa, dağ oynayar yerindən.

 

***

Söz var el içində, söz var ev içində.

 

***

Söz vaxtına çəkər.

 

***

Söz verər, bez verməz.
Söz qılıncdan kəsərlidir.

 

***

Söz danışıqdan keçər.

 

***

Sözdən söz götürər.

 

***

Sözdən söz çıxar.

 

***

Söz doğar.

 

***

Söz insanın vuran əlidir.

 

***

Söz ki var, dəmirdir, vurduqca uzanar.

 

***

Söz götürənin, yer oturanındır.

 

***

Sözlə plov olmaz, yağ ilə düyü gərək.

 

***

Sözü məqamında deyərlər.

 

***

Söz odur ki, haqqa vara.

 

***

Söz sözün dayağıdır.

 

***

Söz sözü çəkər, arşın bezi.

 

***

Sözü ağzında bişir, sonra çıxar.

 

***

Su bir yerdə qalanda iylənər.

 

***

Suda boğulan saman çöpündən yapışar.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 11 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219713