*** Uzaqdan baxana döyüş asan gələr. *** Uzaqdan zurna səsi xoş gələr. *** Uman yerdən küsərlər. *** Ustadına kəc baxanın gözlərinə qan damar. *** Usta görməyən şagirdin gözü əllərdə qalar. *** Ucuz ətin şorbası olmaz. *** Uçan damın böyüklüyü, bünövrəsindən bilinər. *** Uşaq atadan yox, anadan yetim qalar. *** Uşaq atasını hamıdan güclü bilər. *** Uşağa buyur, ardınca yüyür. *** Uşağa uşaq deyiblər, böyüyə böyük. *** Uşaq evin yaraşığıdır. *** Uşaq gördüyün götürər, eşitdiyini deyər. *** Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar. *** Uşaq sözün düzünü deyər. |