*** Üz verdik dəliyə, palçıqlı çıxdı xalıya. *** Üz verən, astar da verər. *** Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə. *** Üz vermə, astar da istər. *** Üz göstərsən qohumluq iddiası eylər. *** Üz döndü, göz döndü. *** Üz ki var - ətdəndir. *** Üz götürüb gedəni zəncir ilə saxlamaq olmaz. *** Üz üzdən utanar. *** Üz ürəyin güzgüsüdür. *** Üzdə gülür, dalda hürür. *** Üzdən iraq! *** Üzə gülür, ayaqdan çəkir. *** Üzərliksən varsan, yetmiş dərdə davasan, o yerdə ki, varsan, qada-balanı qovarsan. *** Üzrü günahından artıq. *** Üzü ağ, qəlbi qara, mən belə dostu neylərəm?! *** Üzü necədir, ürəyi də elədir. *** Üzü şeyx, astarı kafər. *** Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə. *** Üzük-üzük oynayan gecələr yatmaz. *** Üzüm ayağın altında! *** Üzüm qaradırsa, alnım açıqdır. *** Üzüm üzümə baxar qaralar. *** Üzümə bax, halımı sor. *** Üzümü əldə gör, çöpünü - yerdə. *** Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandır. *** Üzünü xalqa çevirənin arxası möhkəm olar. *** Üzü üstə gələni arxası üstə çevirməzlər. *** Ümid ilədir cahanda hər iş. *** Ümid həyatın sərmayəsidir. *** Ümidsiz yaşamazlar. *** Ürək qulaq deyil ki, barmaqla qurdalayasan. *** Ürək dənizdən dərindir. *** Ürək götürməyəni əl götürməz. *** Ürək yanar, göz yaşarar. *** Ürək yanmasa gözdən yaş çıxmaz. *** Ürək ki var - şüşədir, sındırarsan kim yamar?! *** Ürək öz dostunu tanıyar. *** Ürəyim qana dönüb. *** Ürəyimin dərdini təzələmə. *** Ürəyimin daşqınını ağız dəyər. *** Ürəkdən ürəyə yol var. *** Üstü bəzək, altı təzək. *** Üstümü unlu görüb, adımı dəyirmançı çağırma. *** Üç eşşək bir axurdan arpa yeməz. *** Üç tümənlik eşşəyin on beş qranlıq qoduğu olar. |