- T - PDF Çap et Dosta göndər
Atalar sözü və məsəllər

***

Tazıya tut deyir, dovşana qaç.

 

***

Tez duranla tez evlənən uduzmaz.

 

***

Təkədə qoç hünəri olmaz.

 

***

Tək əldən səs çıxmaz.

 

***

Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram."
Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram."

 

***

Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

 

***

Tənbəllik azar artırar, işləmək canı saf eylər.

 

***

Tikan olub ayağa batınca, gül ol, yaxaya sancıl.

 

***

Toydan sonra nağara, xoş gəldin, Bayram ağa.

 

***

Toyun əvvəlində getmə, axırına da qalma.

 

***

Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi.

 

***

Torpaqda itki olmaz,
Kötüksüz bitki olmaz.

 

***

Torpaq deyər: "Öldür məni,dirildim səni!"

 

***

Tula itdən də murdar.

 

***

Tutub ucundan, gedir ucuzluğuna.

 

***

Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 17 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219727