*** Vay bu başdan, vay o başdan. *** Vay o kişinin halına ki, yeməyə, içməyə, saxlaya arvadının sonraki ərinə. *** Vay o gündən ki, adamın öz iti özünü qapa. *** Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün. *** Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa. *** Vay o sürüsünün halına ki, canavardan çobanın təyin edələr. *** Vay ondadır ki, varlı evinə yoxsul girə. *** Vay ölənin halına. *** Var adama oyun öyrədər. *** Var axar, yox baxar. *** Var var üstündən gələr. *** Var evi - kərəm evi, yox evi - vərəm evi. *** Var günün dostu çox olar. *** Vara var deyərlər, yoxa yox. *** Vardan - yoxdan çıxıb. *** Vardır pulun - hamı qulun, yoxdur pulun - açıqdır yolun. *** Varı olan taxar, varı olmayan baxar. *** Varını verən utanmaz. *** Varını itirən az şey itirər, namusunu itirən çox şey. *** Varlı arabasını dağdan aşırar, yoxsul düz yerdə yolunu çaşar. *** Varlı varından pay versə, varsız da varlı olar. *** Varlı yoxsullaşanda əlli il dəstgahını pozmaz. *** Varlı kisəsini döyər, kasıb dizini. *** Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır. *** Varlı umduğunu yeyər, kasıb olduğunu. *** Varlığa güvənməzlər. *** Varlığa nə darlıq?! *** Varlığa tələsən, yoxsulluğa tez düşər. *** Varlığın sonu ilə yoxluğun sonu birdir. *** Varlıya toxun keç, yoxsuldan qorun, keç. *** Varlının arvadı öləndə yorğan döşəyi təzələnər, kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar. *** Varlının varı gedər, muzdurun canı. *** Varlının eşşəyi də yeyin gedər. *** Varlının əlini bıçaq kəsəndə yoxsul köynəyini parçalar. *** Varlının iti harın olar. *** Varlının könlü oluncaya qədər kasıbın canı çıxar. *** Varlının malı, kasıbın övladı. *** Varlının torpağından çay keçər, kasıbınkından yol. *** Varlının xoruzu da yumurtlayar. *** Varlının çörəyi kasıbın çənəsini yorar. *** Varsa əgər hünərin, hara getsən var yerin. *** Varını verənin kisəsi boş qalar. *** Vaxt atlı, biz piyada. *** Vaxt vaxtı gözləyər. *** Vaxt qənimətdir. *** Vaxt qızıldır, bir dəqiqəsini də boş qoymaq olmaz. *** Vaxt ikən oxu, aşıq, el gələr, tünlük olar. *** Vaxt insana hər şeyi öyrədər. *** Vaxtdan gileylənmə, vaxtın gedər. *** Vaxtı boş olanın sözü çox olar. *** Vaxtı itirsən hədər, görərsən böyük zərər. *** Vaxtın qiyməti yoxdur. *** Vaxtın qiyməti puldan bahadır. *** Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündür. *** Vaxtında görülməmiş iş həmişə görülməmiş qalar. *** Vaxtını itirən bəxtini itirər. *** Vaxtsız açılan gül tez solar. *** Vaxtsız banlayan xoruzun başını kəsərlər. *** Vaxtsız qonaq öz kisəsindən yeyər. *** Ver abbasını, ye halvasını. *** Verdiyi abbasıya bax, etdiyi tələbə. *** Verdiyi anda bax, gördüyü işə. *** Verdiyin əl ilə al! *** Verdiyin iki şahı, zərbaf çıxmayacaq ki! *** Verdiyin sənindir, vermədiyin özgənin. *** Verdim bir dana, aldım bir sona, ay qız anası, qal yana-yana. *** Verdin doydur, vurdun yıx. *** Verən əl alan əlin üstündə olar. *** Verən əl ac qalmaz. *** Verən əli də var, vuran əli də. *** Verən əli hər kəs öpər. *** Verəndə imam olur, alanda Şümür. *** Verəndə elə verər, alanda belə alar. *** Verəndə yaxşısan, verməyəndə pis. *** Verərsən adındır, yeyərsən dadındır dala qoyulanı it yeyər. *** Verərsən ətdən-mətdən, işlərəm bərkdən-bərkdən, verərsən şordan-mordan, işlərəm ordan-burdan. *** Verərsən pendir, eylərəm kəndir, verərsən aş, eylərəm baş. *** Verib yaman olunca, verməyib yaman ol. *** Verilən aşı yeyərlər. *** Verim vara baxmaz. *** Verim əli hamı əldən ucadır. *** Verirlər al , döyürlər qaç. *** Vermə nisyə, girməz kisəyə. *** Vermədi Məbud, neyləsin Mahmud?! *** Verməz doqquzu, yeyər toppuzu, verər otuzu. *** Vədə xilaf olma. *** Vədəsi bitmiş nökərin əcəli yetən ağası gərək. *** Vəziri qarğa olanın ağzı zibillikdə olar. *** Vəzifə daimi deyil. *** Vəzndə yüngül, qiymətdə ağır. *** Vəz oxumaq asan işdir, əməl eləyən gərək. *** Vəl gərək gözəl döyə, gözəldən buğda çıxa. *** Vələ gedən öküzün olsun, işə getməyən oğlun olmasın. *** Vəsiyyət yüngüllükdür. *** Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də. *** Vətən elin evidir. *** Vətən mülkü doğmadır, özgə diyar ögey. *** Vətəndən ayrı düşsəm, viran ollam, talannam. *** Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir. *** Vətənə gəldim, imana gəldim. *** Vətənə məhəbbət iman əsəridir. *** Vətəni yadına düşən qərib ağlamasın, neyləsin? *** Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır. *** Vətənin sevməyən insan olmaz, olsa, ol şəxsdə vicdan olmaz. *** Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi. *** Vəfalı dost yad olmaz, görməsə yüz il səni. *** Vicdan bazarda satılmaz. *** Vicdanla işləyən gözükölgəli olmaz. *** Vücudu dönüb kimyaya. *** Vücudu bir qəpiyə dəyməz. *** Vur babam, dövran sənindir. *** Vur dedim, öldür demədim ki? *** Vur qırxı, gedər qorxu. *** Vur deyənlə, vuran yarıdır. *** Vura bilməyən daşın böyüyünü götürər. *** Vuran əlin var olsun! *** Vuran əlin dirəyidir. *** Vuran igid dayısına gəyişməz. *** Vuran öküzə allah buynuz verməz. *** Vuraram ölər, kiş deyərəm getməz. *** Vurur daşa, çıxır başa. *** Vuruşun kor vuruşuna oxşamır. |