Adətimiz daş idi dəva günü, Tullardıq eldə sapan qıjhaqıj! Hər kəsə dəysəydi edərdi haman Bir neçə gün ahu fəğan, ufhauf! Mərhəm olurdu, sağalırdı yara, Eldə qalırdı yenə can sapbasağ. İmdi revolverdi, dönüm başına, Nagəh olur gülləfəşan partapart! Onda görürsən yıxılıb yanbayan Bir neçə növrəstə cəvan laybalay! Tüf belə dövranə ki, bədtər olur Seyri-fələk, dövri-zəman ilbəil! Milləti-islam qırır bir-birin, Allah, amman, bu nə yaman qırhaqır! Qardaşa bax, qardaşını öldürür, Vəhşi olub əhli-cəhan sərbəsər! Milləti gördükcə belə hərcü mərc Könlüm olur dopdolu qan qatbaqat. Boylə gedərsə, Bakı eldən gedər, Qalmaz o məvadə aman hiç, hiç! Barı, xudaya, özün islah qıl, Ta edələr piru cəan sülh, sülh! |