Övradımız, əzkarımız əfsaneyi-zəndir PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Övradımız, əzkarımız əfsaneyi-zəndir,
Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir,
Çün hübbi-nisa lazimeyi-hübbi –vətəndir,
Əhli-vətəniz, hübbi-vətən yad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!

Yox fərq bizim hündür ilə alçağımızda,
Danm görürüz iş bu qocalmış çağımızda,
Cüt-cüt durur övrət solumuzda, sağımızda,
Şəhvət quluyuz, nəfsdən imdad alırız biz!
Dindanləriz, gündə bir arvad alırız biz!

Hər şam gərək üqdeyi-əfkar açılsın,
Fəvvareyi-iqbaldən amal saçılsın,
Hər sübh nəmaz etmədə həmmama qaçılsın,
Təthir edərək dillərə övrad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!

Bu məşğələlər şiveyi-əşyaxi-zəmandır,
Ata-babamızdan bizə miras həmandır,
Zənn eyləmə süstüz, qanımız od kimi qandır,
Bu yolda töküb qanımızı ad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!

Sair miləl övrətlə ədalət edir, etsin,
Övrət ərə, ər övrətə rəğbət edir, etsin,
Hər kim ki, bir övrətlə qənaət edir, etsin,
Üç-dördün ötüb siğədə tədad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!

Tədadi-nisa bir hünəri-sariyəmizdir,
Tez boşluyuruz, çün bu libas ariyəmizdir,
Övrət nə demək? Xadiməmiz, cariyəmizdir!
Hərçənd alan vəxtdə azad alırız biz!

Dindarləriz, gündə bir arvad alırız biz!
Bu yolda töküb qanımızı ad alırız biz!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 33 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365736