|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Satiralar.
|
Əlminnətü-lillah ki, “Dəbistan”* da qapandı! Bir badi-xəzan əsdi, gülüstan da qapandı! Hasilləri puç oldu bütün məzrəəcatın, Yel vurdu qavun qarpızı, bostan da qapandı! “Ülfət”* kəsilib toxdadı “Bürhani-tərəqqi”,* Məhv oldu “Həmiyyət”,* ədəbistan da qapandı! “Rəhbər” yorulub, yuxladı “İrşad”ü* “Təkamül”* aslanlara ox dəydi, neyistan da qapandı! Meydani-rəqabətdə bizim hümmətimizdən Dəva qapanıb, Rüstəmi-dastan da qapandı! Ətfali-vətən qoy bağırıb ölsün acından, Yandı analar sinəsi, püstan da qapandı! Qoy köhnələrin daş ürəyi gültək açılsın, Darüzzəfəri-tazəpərəstan da qapandı!.. |
|