|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Satiralar.
|
| Cavan-qoca - Şəhri-məlumunuzun vəzü qərarı necədir? - Həmdülillah, necə görmüşdüsə Nuh, oyləcədir! - Yeni məktəb açılıbmı vətən övladı üçün? - Az deyil Adəm açan mədrəsə əhfadı üçün! - Oxuyurmu qəzetə şəhrinizin əhli təmam? - Bəzi sarsaq oxumuşlar oxuyur, mən oxumam! - Ölkənizdə açılıbdırmı qiraətxanə? - Tazələr açmış idi, qoyduq onu viranə! - Ac qarındaşlara infaq edilirmi, əmi can? - Onu görməzmi xuda, el niyə versin ona nan?! - Bivə övrətlərin əmri alınırmı nəzərə? - Canı çıxsın, o da getsin yenə bir tazə ərə! - İttihad əmrinə dair danışırsızmı barı? - Danışır bir paramız, leyk boğazdan yuxarı! - Sünniyü şiə təəssübləri ləğə oldumu ya? - Nə dedin? Küfr danışdın! Cıraram ağzını ha!.. - Qabili-ərz sözüm yox, məni əfv et, gedirəm... - Bəcəhənnəm ki, gedirsən, səni xud mən nedirəm?! Buna bax, ağzına bax, surəti-idbarına bax! Başının şapqasına, etdiyi göftarına bax!.. |
|