Madam ki, hamiyani-zülmət Xoşlar ki, dəvam edə cəhalət; Heyhat, bilirmi onda millət Tovhid nədir və ya nübüvvət? Məktəb edir iqtiza zəmanə, Bixar ola ta güli-fərasət; Ey seyr arayan o gülsitanə, Əsli yoxu bəkləmək nə hacət?! Xab et hələ, qafilanə xab et! Tainki uyub yatan ayılmaz, Fərq etməz ola ya ağ, ya qarə; Xəstə ki, başında huş qalmaz, Dərdin düşünüb bulurmu çarə? Ancaq ona türfə-türfə dəllak Eylər hərə bir əcəb təbabət! Ey xəstə, ayılma, etmə idrak, Həp qanını əmsə də həcamət! Dönmə o yana, bu yanə, xab et! Aldanma, quzum, ki ləfzi-kafər Təshih olunub çıxa lüğətdən; Madam ki, sağdı Mirzə Qənbər Eymən deyilik bu mələnətdən; Qoymaz ki, bu xəlqi cismi-vahid, Hökmündə olub edə məişət; Əfsaneyi-küfrü şirkü mülhid, Heyhat, olurmu tərki-adət?! Bu nüktəni qanə-qanə xab et!.. |