İstiqbalımız lağlağdır PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,
Yağar imkani-rəhmət, baği-ədlü dad olur aləm,
Doğar xurşidi-hürriyyət, bütün azad olur aləm,
Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

Nə istərsən, canım, əl çək, yetər fəryadi-hürriyyət!
Nə yapsın köhnələrlə dilbəri-növzadi-hürriyyət?!
Bütün əxvanın ikən səngdil, cəlladi-hürriyyət?
Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

“Oxur, təhsil ilə əhrazi-hürriyyət qılar insan...” –
Bu söz pək doğrudur, əmma hanı məktəb, hanı irfan?
Qalırkən ölkəmiz məktəbsizin, övladımız nadan,
Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

Təcəlla etdiyin gördük o məhbubi-dilarımın,
Fəqət al qanə qəltan olduğun da gördük islamın,
Başından çıxmadıqca Rey həvası şahi-gümnamın,
Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!

Əgər sən görmədinsə zövqünü gülzari-əkvanın,
Yəqin et, mən də görməm bir səfasın ol gülüstanın,
Sənü məndən sora ya dəyşilirmi halı dövranın?
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!
Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 69 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367459