Cavan PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Eyvanımız ucadır,
Nökərlərim xocadır,
Niyə məndə durmusan,
Mənim haram qocadır?!

Qabaq dişim tökülüb,
Azılarım sökülüb,
Mənə qoca deməzlər,
Bir az belim bükülüb!

Sözün məni yaralar,
Ürəyimi paralar,
Saqqalım ağardısa,
Həna qoysam qaralar!

İsticə lavaşım var,
Hər gecəyə aşım var,
Demə, dədəm yerdəsən,
Ancaq əlli yaşım var!

Getmə, getmə, a dilbər!
Məni etmə mükəddər,
Özümü yüz cavana
Eyləmərəm bərabər!..

Getmə, getmə, amandır!
Ürəyim dolu qandır,
Zahirdə qocaldımsa,
Könlüm hələ cəvandır!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 38 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366957