Nəsihət PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Ey xacə, çalış surəti-zahirdə qəşəng ol!
İstərsən özün siyrəti-mənadə cəfəng ol!

Qoy adını arif, vəli irfanı bəyənmə,
Ariflər ilə gizlicə amadeyi-cəng ol!

Heyvan kimi bir barədə palçıqda qalanda
Sal fitnəli söz ortalığa, hövsələtəng ol!

Yüzlərcə ziyan xəlqə vur, öz xeyrini gözlə,
Aldatma özün bir kəsə, huşyarü zirəng ol!

Gər məsləhət olsa işini qıl ikiüzlü:
Bir yanda qoyun, özgə tərəflərdə pələng ol!

At məsləkini bircə gecə həbsdə qalsan,
Şeytanlığa adət edərək, zorba nəhəng ol!

Babi deyə təkfir edə həqguləri güllən,
İstərsən özün hərguzəri-həqqdə ləng ol!

Şapqalı müsəlmanı görüb lən oxu hər dəm,
Molla ilə bəy, xan qapısında səpələng ol!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366940