|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Satiralar.
|
Məndə ar olsaydı ölmə: ixtiyar etməzmidim? Abrunun nolduğun bilsəydim ar etməzmidim? Gər şüurum olsa idi düstü düşmən bilməyə, Şapşalı,* Fəzlüllahı* işdən kənar etməzmidim? Anlasaydım Əsədin fikrin, Sipəhdarın işin, Onları məqtuli-tiği-canşikar etməzmidim? Xaki-İranın mənə bir guşəsin versəydilər, Kəndimi Əbdülhəmid tək* bəxtiyar etməzmidim? Bilsə idim el məni axir belə müflis qovar, Var-yoxu dərcib edib əvvəl fərar etməzmidim? Mülki-İranın düşünsəydim əlimdən getməyin, Var ikən fürsət o mülkü tarümar etməzmidim? Ah, ol dəm ki, Təqizadə* mənə əl vermədi, Mümkün olsaydı başın təndən kənar etməzmidim? Qoy desinlər, Mədəli düşdü Ades sövdasına, Məncili versəydilər orda qərar etməzmidim?.. |
|