Vaiz, qələm əhlin niyə təhqir eləyirsən? PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Baiz, qələm əhlin niyə təhqir eləyirsən?
Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!

El cümlə dönüb olsa da kafir işin olmaz,
Təzvirini kim ki, duya təkfir eləyirsən!

Lən eyləyərək qasibə məxluqu soyursan,
Fani deyərək aləmi təmir eləyirsən!

Gördüm yuxuda baği-behişt içrə gəzirsən,
İnsaf!.. Bunu sən necə təbir eləyirsən?

Tərk eylə riyani ki, riya şirki-xəfidir,
İşbu sözü kəndin belə təqrir eləyirsən!

Mən məkrini hiss etməyə meyl etmədim əsla,
Kəndin dili-həssasimə təsir eləyirsən!

Bizdən gözünü yığ ki, sənə aldadan olmaz,
Get onları xam tovla ki, təzvir eləyirsən!

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 33 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365735