Canın çıxsın! PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Canın çıxsın gözündən qanmayaydın!
Qanıb da hər işi odlanmayaydın!

Cəhalət rismanın qırmayaydın!
Əvamünnasdən ayrılmayaydın!

Sənanı, hənzəli baltək yeyəydin!
Hərifin məşrəbincə söz deyəydin!

Bütün mövhumunu təsdiq edəydin!
Başında noxta, ardınca gedəydin!

Nə tədbir, indi iş işdən keçibdir,
Sözün dildən, ətin dişdən keçibdir!

Dəxi etmə şikayət bizdən əsla!
Get öz bəxtindən eylə indi şəkva!

Nə üçün hüsnü qübhi anladın da?
Bütün el yatmış ikən banladın da?

Öpəydin əl-ayağın cüstü çalak,
Olaydın sən dəxi bir mömini-pak!

Çək indi dutduğun karın cəzasın!
Eşit hər səmtdən lənət sədasın!..

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 84 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367524