Əzrailin istefası PDF Çap et Dosta göndər
Şeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.

 Əzrail ərz edərək söylədi: “Ey rəbbi-ənam...
Bir təbib iştə bu il qullarını qırdı təmam.

Mən edincə hələ bir ölməli bimarı həlak,
O alır ölməməli min nəfərin canını pak.

Verdiyin canları min-min ki, bu zalım alacaq,
De görüm, qul deyə, yahu, sənə bəs kim qalacaq?

Qoy alım canını bari, qoparım məhşərini,
Yoxsa, billah, qıracaq qullarının əksərini.

Bu təmənnamı qəbul eyləməz olsan hala,
Kərəm et, ta əməlimdən verəyim istefa.

Başqa bir xidmətə nəbən məni qıl minnətdar,
Əzrail olmağı ver işbu təbibə zinhar”.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 73 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367146