|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.
|
Bir təbibə gedib də bir bimar Dedi: “Mədəmdə ağrı bir şey var; Bir dəva ver, mana əlac eylə, Ölürəm, çareyi-mizac eylə”. Tutdu nəbzin təbib onun dərhal: “Nə yemişsən?” – deyə edincə sual, dedi: “Yanmış çörək yedim, doktur, Yediyim bir əlavə şey yoxdur”. Baxa qaldı təbib onun sözünə, Istədi bir dəva tökə gözünə. Xəstə: “Mədəmdir ağrıyan, a gözüm, Yoxsa məfhumunuz deyilmi sözüm?” Dedi doktor ona ki: “Ey əhməq, Eybli olmasa gözün mütləq, Yanmış ətmək yeməz idin əsla, Bu səbəblə yarar tökülsə dəva”. |
|