|
Şeirlər -
M. A. Sabir. Hophopnamədən: Uşaqlara hədiyyə.
|
Gecə yatmaq zamanı çatmış idi, Molla Nəsrəddin evdə yatmış idi. Nagəhan küçədən ucaldı səda, Burharay düşdü, qopdu bir qovğa. Molla, çiynində yorğanı, dərhal Küçəyə çıxdı müztərib-əhval. Gördü bir yanda bir ağır dəstə, Sanki minmiş adamlar üst-üstə. İstədi dəstəyə tərəf getsin, Bu yığıncaq nədir, - sual etsin. İşbu əsnadə bir nəfər tərrar Yorğanı qapdı nagəh, etdi fərar. Molla bu qissədən pərişanhal Evinə döncək övrət etdi sual: “De görüm, küçədə nə var, a kişi? Bu nə dəvadır, anladınmı işi?” Dedi: “Yorğan üçün imiş bu təlaş, Aldılar yorğanı, kəsildi səvaş”. |
|