Qaranquş balaları PDF Çap et Dosta göndər
Şeirlər - Abbas Səhhət. Şeirlər.

A quşcuğazlar, nə yaraşıqlısız,
Can kimi bəslənməyə layiqlisiz.
Nədir o istəkli, o heyran baxış,
Nə dadlı cik-cik, nə gözəl çırpınış!
Birdən ucaldı niyə cik-cikləriz,
Pəh-pəh, açılmış sarı dimdikləriz.
A bəxtəvərlər, ananız gəldimi?
Qondu yuva üstünə, dincəldimi?
Görcək onu səslənməyə başladız,
Civiltilərlə əcəb alqışladız.
Yem gətirib yoxsa sizə verməyə,
Ya ki gəlib bir quru dindirməyə?

1907

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 46 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366576