Tənbəl PDF Çap et Dosta göndər
Şeirlər - Abbas Səhhət. Şeirlər.

Çox yatma, dur, a tənbəl,
Yatsan olar iş əngəl.
Gün dağlara yayıldı,
Hər bir yatan ayıldı.
Yar-yoldaşın səhərlər
Tez məktəbə gedərlər.
Sən çeştədək yatırsan,
Pal-paltarın atırsan.
Xeyrü şərin qan, oğlum,
Öz halına yan, oğlum.
Bir azca qeyrət eylə.
Hər kim dilər şad olsun,
Getsin çalışqan olsun.

1908

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 84 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366042