Bahar PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Bağçalarda açır gül,
Fərəhlənir hər könül.
Uçur duman, qəm, kədər,
Şən-şən ötür hər bülbül.

Yaşıllanır dağ, yamac,
Bəzək vurur hər ağac.
Dərə, təpə, çöl, çəmən
Çiçəklərdən qoyur tac.

Bahar eylədikcə naz,
Elin kefi olur saz.
Əkir, biçir həvəslə
Deyir: - Var ol, gözəl yaz!

1908

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 43 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5252215