|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Ey Kür çayı, dalğan ağ, Sahilləri aşırsan; Tarlalarda, bağlarda Bizimlə oynaşırsan. Ey Kür çayı, dalğın ağ, Suyun gümüşdən parlaq; Yol sal bizim bağçaya, Sən çal, biz də oynayaq. Ey Kür çayı, gəl barı, Bizim dəhnəyə sarı, Aç qoynunu yuyunsun Elin oğul, qızları. 1932 |
|