Quzu PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Bir obada körpə quzu,
Mələr-mələr, qaçar düzü,
Anasın axtarar gözü.
Dedim: - Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Gün əyildi, çökdü duman,
Sürü qayıtdı otlaqdan;
Səs-küy ilə doldu hər yan
Dedim: - Qaçma, gözəl quzum.
Səni mən bəslərəm özüm.

Qoyunları çoban yığar,
Fatı xala gəlib sağar;
Quzum mələr, durub baxar.
Dedim: - Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Anasını quzum görər,
Ayaqların yerə dirər,
Məməsini tapıb əmər.
Dedim: - Qaçma, gözəl quzum,
Sənim mən bəslərəm özüm.

Quzum çıxdı göy otlağa,
Yanaşdı bir boz oğlağa,
Çıxdı onunla oynağa,
Dedim: - Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

1906

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 29 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366368