Layla PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Layla deyim, yat ciyərim parası,
Ağlama çox, ey gözümün qarası!
Olma yemək-içməyin avarası,
Layla quzum, layla gözüm, yatgilən.
Rahat olub bir azca boy atgilən.
Böyü bir az, yeddi yaşa yetgilən,
Səhər tezdən dur, məktəbə getgilən;
Dərs oxuyub yazmağa sə‘y etgilən;
Layla quzum, layla gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.

Təmiz geyib dolangilən gül kimi,
Hər gün oxu dərsini bülbül kimi;
Gəzmə küçələrdə gedib veyl kimi;
Layla quzum, layla gözüm, yatgilən.
Rahat olub bir azca boy atgilən.

Sən də çalış elm ilə şöhrət qazan,
Qalma cəhalətdə, olarsan yaman;
Elmlə abad olubdur cahan;
Layla quzum, layla gözüm, yatgilən.
Rahat olub bir azca boy atgilən.

1906

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 77 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366062