Məktəbdə PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Qonşumuzun oğlu Muradı, ata,
Qoydu keçən gün atası məktəbə,
Sən də gedib çanta, kitab al mənə.
Qoy, ata can, mən də gedim məktəbə.

Dünən gedib məktəbi mən, görmüşəm,
Ay, nə qədər yoldaşlarım var, ata!
Bəyənmişəm məktəbi, çox sevmişəm,
Gəl məni də məktəbə qoy, ay ata!

Müəllimi söyləyir idi nələr...
Necə isti, soyuq yerlər var, deyir.
Ay ata, dünyada var imiş nələr?
Yağış, duman nədən olur söyləyir.

Şəkil çəkirdilər uşaqlar, ata,
Mən də baxırdım: biri orman çəkir,
Biri çəkir at, biri ovçu, tula.
Biri daxma, biri dəyirman çəkir.

Sonra müəllim hamısın oxutdu,
Pəncərədən gördü, çağırdı məni.
İskamyada, ay ata can, oturtdu,
Dedi: - Atan məktəbə qoysun səni.

1907

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 26 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5368412