Məktəblilər marşı PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Biz maarif cəbhəsinin
Alnıaçıq əsgəriyik.
Biz həqiqət səhnəsinin
Köksü polad səfləriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

Arş irəli, durma, sağın,
Var günəşə doğru axın.
Zülmət sönür, mənzil yaxın;
Biz sabahın rəhbəriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

Sevimlidir şən yurdumuz,
Müzüffərdir gənc ordumuz
Düşməndən yoxdur qorxumuz,
Qızıl əsrin ülkəriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

Məktəbimiz ürfan bağı,
Əmək yurdu, nur ocağı,
Bilik, səadət qaynağı;
Biz inqilab ərləriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

1936

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366838