Yağış PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Yağ, ey yağış, yağ!
Sulansın çöl, bağ,
Susuzdur tarla.
İnəyini sağ.

Gurla, ildırım,
Gurum ha gurum.
Sən çığır, bağır,
Mən şənlik qurum.

Oyna, ey şimşək,
Şütü ilan tək,
Bağ, tarla, bostan
Su içsin gərək!

Coşsun çay, bulaq,
Şənlənsin ocaq.
Bol olsun məhsul,
Yumşalsın torpaq.

1932

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 71 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366092