Yeni köməkçi PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Tarlaya gəldi Nəbi,
Gördü səhərdən bəri
Atası tək işləyir,
Tarlasını xışlayır.
Nəbi dedi: - Ay ata,
Gəl məni öyrət, daha
Sən otur, mən işləyim,
Tarlamızı xışlayım.
- Çox gözəl, oğlum, görək!
Gəl öyrəş, eylə kömək.
Verdi xışı, oturdu;
Nəbi ürəklə durdu.
Xış sürməyə başladı,
Atası alqışladı.

1906

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 30 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366908