Çobanın hekayəsi PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Yay günü şəhrə gəldi bir çoban,
Dəyənək əldə, seyr edib hər yan.
Nagahan gördü bir nəfər baqqal,
Doldurub buz təbaqə malamal,
Səslənir hər zaman ki, “ay yəxəsər!”
Bu gəlam eylədi çobana əsər.
Buzu ol ehtiramdə görcək,
Yürüyüb vurdu bir neçə dəyənək.
Dedi: - Bax, bax, bizi bilir qanmaz!
Elə bildi çoban bunu tanımaz.
Qışda qırdı qoyun-quzum yeksər,
Burada adını qoyub “yəxəsər”.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 17 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366851