Dilənçi və xəsis PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Var idi bir bəxili-sahibmal,
Bir fəqir gəldi ondan etdi sual,
Dedi ki, müstəhəqqəm, ey mövla,
Mənə vəchi-kifaf eylə əta.
Dedi: - Bir söz deyim, gər etsən əməl
Sənə ehsan olur “fəmən-yəməl”.
Eyləsən gər mənim sözümü rəva,
Edərəm hər nə xahiş etsən əta.
Şad olub ol fəqirü bisərü pa,
Dedi: - Etdim qəbul, ey ağa,
O nə sözdür, onu bəyan eylə,
Dürci-ləl aç kühər fəşan eylə.
Sözüvü vəhy tək hesab edərəm,
Ta ki, təhsilinə şitab edərəm.
Dedi: - Ol söz budur, ey əhli-təəb,
Heç bir zad məndən etmə tələb.
Bundan özgə muradın, ey sail,
Hər nə müşkül ola olur hasil.
Sayyida, olma sən vəbali-bəxil,
Özünün vizri oldu mali-bəxil.
Tutma göz dövlətü mənalından,
Yemə loğma bəxil malından.
Tələbi-teyyibati-təhsindir,
“Əl xəbisati lil-xəbisinin”1 dir.

 


1“Əl xəbisati lil-xəbisinin” - xəbis xəbis üçündür (yəni xəbis adam xəbisə rast gələr).

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365921