Hammalın vəqəsi PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Bir səbət şişə bir nəfər həmmal,
Aparırdı dalında malamal.
Nagəhan rast gəldi bir əşşar,
Bir dəmiri əlində əsbsüvar.
Səbətə vurdu mili ol sərməst,
Şişənin əksərini qıldı şikəst.
Dedi ondan: - Nədir bu, ey həmmal?
Dedi ki, vurmamış gərəkdi sual.
Bir də vursan, dedi, deyil bir şey,
Hər nə var idi, oldu cümləsi teyy.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 9 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299639