Harun və şairlər əhvalatı PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Gəldi Harun üçün iki şair,
Hərə bir fərd eyləyib zahir.
Bu idi fərdi-əvvələ məna-
Ki, olur yaxşı felə yaxşı cəza.
Fərdi-sanidə həm bu idi əYan-
Ki, həmişə olur yamanə yaman.
Şairi-əvvələ o fəxri-kübar
Mərhəmət qıldı min ədəd dinar.
Şairi-saniyə həm etdi əta
Əvvəlin nisfini, o kani-səxa.
Əhli-bəzm oldu bu işə heyran,
dedilər: - Ey xəlifeyi-dövran,
birdi mənadə kim, bu iki kəlam,
bəs nədən oldu müxtəlif ənam?
Dedi kim, şəxs olsa xoştinət.
Yaxşılıqdan müdam edər söhbət.
Var idi tinətində çünki səfa,
Yaxşılıq fərdin eylədi o əda.
Ol birində yamanlıq oldu nihan,
Odu kim, söylədi yamanə yaman.
Sifəti-sahibi-kəlamdı söz,
Batin asarına təmamdı söz.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366828