Bir əkinci gedirdi məstanə, Yolda ol rast gəldi bir xanə. Xanı görcək yazıq baş endirdi, Gör onu xan nə gunə dindirdi. Dedu: - Ey it, kənarda çıx yoldan! Nə çıxırsan donuz kimi koldan? Gördü bu iltifatı çün xandan, Zövqdən oldu gül kimi xəndan. Evinə daxil oldu xürrəmü şad, Övrəti onda gördü vəcdi-ziyad. Dedi: - Ey qaşı bir hilali-mübin, Xirmənin üstə xuşəçin Pərvin, Məzrəi-imtizacə danəfəşan, Sünbülə şəhli sünbülündən əayn, Nədi bu behcətü sürurə səbəb, Tez bəyan et görüm nədir mətləb? Dedi bəylər yanında xani-kübar Yoldan ikram ilə edirdi güzar. Dayanıb xanə eylədim kürnuş, Məni dindirdi xani-sahibxuş. Dedi: - Bu olmaz ey büləndəxtər, Səni xan dindirə, idim bavər? Nə deyib xan sənə, bəyan eylə, Dürci-ləl aç, gühər fəşan eylə. Atılıb-düşdü bir zaman dehqan, Həvəsi sakit oldu, qıldı bəyan. Dedi ki, xan dedi: - Çıx it yoldan! Nə baxırsan donuz kimi koldan? Bizə xan iltifatı peydadır, Bir səadətdü, feyzi-üzmadır. Bizə bu vəch iftixar olsun, Nəsl-binnəsl yadigar olsun. |