Xeyirsöyləməzin hekayəsi PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Varı bir xeyirsöyləməz nadan,
Dilinə xeyir gəlməyib bir an.
Dedi bir şəxs ona kim, ey müztər,
Edirəm mən bu gün İraqə səfər,
Bir dua eylə, ey əziz, mənə
Ki, səlamət gəlim yenə vətənə,
Hər nə əynimdə var libasi-səfər,
Sənə verrəm, çıxardıban yeksər.
Dedi kim, indi ver mənə, heyhat,
Eylədin bəlkə qürbət içrə vəfat.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365929