|
Şeirlər -
Seyid Əzim Şirvani. Şeirlər.
|
Bir uşaq incimişdi məktəbdən, Dedi: - Ey xaliqi-zəminü zəmən, Bir ölüm ver bizim bu ustadə, Ta olum məktəbindən azadə. Bir doyunca gedim gəzim baği, Həm edim baği seyr, həm daği. Bu duani eşitdi mollası, Dedi: - Oğlum, bunun nə mənası? Mən əgər rehlət etsəm üqbayə,1 Qoyar atan bir özgə mollayə. Atanın mərgini2 istə, ey nadan, Qalasan ta yetimü sərgərdan.
1Üqba – o biri dünya, axirət dünyası. 2Mərg – ölüm, vəfat. |
|