Oğluma nəsihət PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Ey oğul, olma çox da sadəzəmir
Ta sənə mərdüm eyləyə təzvir.1
Xəlq olub məkrü hiylədə kamil,
Sadəlövh olma sən də, ey qafil.
Zirək ol, yaxşıya yaman olma,
Xəlqdən çox da bədgüman olma.
Hər sözü yoxla, eyləmə bavər,
Dari-dünyadə azdı doğru xəbər.
Çoxdu dünyadə mərdi-hiyləşüar,
Zahiri sadədil, özü əyyar.
Məsti-layəqil2 olma, huşyar ol,
Xəlqin övzainə3 xəbərdər ol....



1Təzvir – hiylə, kələk.
2Layəqil – ağılsız.
3Övza – vəziyyət. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219765