Oğluma nəsihət PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Ey oğul, bil ki, ol əta kani
Xəlq edib səndən ötrü dünyani.
Sənə etmiş müsəxxər əflaki,
Başına qoydu taci-lovlaki,
Məhü xurşidü çərxü əbr ilə bad
Səndən ötrü olubdular icad.
Səndən ötrü bular nümayandır,
Əmrüvə cümlə bəndəfərmandır.
Ey oğul, ərzü asimandü sənin,
Əsldə kövi ilə məkandü sənin.
Aşinadır bular sənə yeksər,
Çeşmi-biganə ilə etmə nəzər.
O çoban kimi olma, ey xoşxu,
Nagahan tapdı yolda bir güzgü.
Əlinə şadiman aldı çoban,
Baxıb öz əksin onda gördü əyan.
Dedi: - Əfv eylə, ey məlaik xu,
Elə bildim ki, səngü gildir bu.
Əksini özgə kəs xəyal etdi,
Qoyub ayinni yerə, getdi.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 115 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299325