Oğluma nəsihət PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Cəfər, ey xəstə cismimin cani,
Səd ya nəhs olan günü tani.
Səd o gündür ki, kam ola hasil,
Olasan öz muraduva vasil.
Nəhs o gündür ki, qismətin qəmdir,
Sənə ol aşiri-məhərrəmdir.
Birinə nəhs olan gün, ey dana,
Birinə səd olur, deyil bu həba.
Belədir karü bari-cümlə cahan,
Birinə sud1 olur, birinə ziyan.
Birinə bir zaman olur xürrəm,
Birinə ol zaman olur matəm.
Kim ki, bir qəmdə əhli-matəmdir,
Eydi-novruz ona məərrəmdir.

 


1Sud – fayda, xeyir.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299523