Oğluma nəsihət PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Cəfər, ey nəməti-xudayi-cahan,
Olsa bir şəhs əgər sənə mehman,
Elə ol şəhsə ehtirami-təmam,
Xidmətində dolan bəsani-qulam.
Nə qiza xahiş etsə, övladır,
Demə bu ziştdir,1 o zibadır2...
Ey oğul, olsa süfrədə nanın,
Tikəsin sayma mərdi-mehmanın.

 


1Zişt – çirkin, pis.
2Ziba – yaraşıqlı, gözəl. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 32 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365724