Bəhri-elmü kəmalü mədəni-pənd. Eyləyib elmü fəzl icadın, Elmə təhris edərdi övladın. Ona şah oğlun eylədi təslim, Ta ona elmü fəzl edə təlim. Dedi kim, ey ədibi-fərzanə, Sənə təslimdir bu dürdanə. Necə ki, oğluva edirsən cəhd, Ona da eylə elmi-hikməti əhd. Ta ədib etdi hökmi-şahı qəbul, Oldu, insanı gör, zəlumü cəhul. Neçə il çəkdi zəhmət ol dana, Olmadı bir fərasəti peyda. Leyk övladi-bakəmali-ədib Hər biri fəzldən apardı nəsib. Şah bir gün ədibə qıldı xitab, Eylədi qeyz ilə itabə şitab – Key müəllim, bu nə xəyanətdir? Bu nə ixlasü nə iradətdir? Əhdüvə hiç səndə yoxdu vəfa, “Fə iza xaləfəl-kərimü cəfa”. Ərz qıldı ədib, key sultan, Tərbiyətdir zəmanədə yeksan. Müxtəlifdir və leyk istedad – Ki, müqəssir deyil yəqin ustad. Daş-ara simü zərdü gər müzmər, Leyk hər daşda yoxdu sim ilə zər. Oldu dəhrə Süheyl nurəfşan, Müxtəlif zahir oldu bəs əlvan. Cümlə əlvan Süheyldəndir əgər, Verdi hər cüzi-ərzə rəngi-digər, Aldı hər ciz feyzi-mövlasın, Eylədi zahir öz təqazasın. Agəh ol kim, bir əmrdir müşkül – Ki, verə şurəzarlər sünbül. Seyyida, çəkmə zəhməti-bica, Hər şey öz batinin edər peyda. |