Riyakar abid PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Abidi dəvət etdi bir sultan,
Ta ola xani-lütfünə mehman.
Dedi abid ki, bir dəvə yeyərəm,
Özümü mən zəif göstərərəm.
Çün görər zəfimi şəhi-dövran
Mənə eylər ibadət ilə güman.
Deyəcək kəsrəti-ibadətdən,
Abid olmuş zəif taətdən.
Etiqadi ziyad1 olur şahın,
Rəhməti izdiyad2 olur şahın.
Yedi ol bir dəva ki, qatil idi,
Dərzəman3 abidi həlak etdi.
Rəsmi-mərufdir ki, əhli-riya
Özünü dəhrdə edər rüsva.

 


1Ziyad – çox artıq.
2İzdiyad – artma, çoxalma.
3Dərzəman – öz vaxtında.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 33 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219762