Yuxuda gördü şahi-Səncani- Ki, tökülmüş təmam dəndani. Bir müəbbirdən etdi ani sual, Dedi: - Ey padişahi-ərşcəlal, Bil ki, dəndandır sənə övlad, Böylə yazmış kitabdə ustad: Öləcəkdir sənin çox övladın. Çıxacaq ərşə ahü fəryadın. Dedi şəh: - Böylədir, deyil böhtan, Qətlinə eylədi onun fərman. Tünd olub padşahi-danişvər, İstədi bir müəbbiri-digər. Bu müəbbirdən etdi hali sual, Dedu: - Ey padşahi-nikufal, Gördüyün xab üçün budur təbir, Həqq sənə lütf edibdi ömri-təvil. Çün bu rəmzi eşitdi şahi-cavan, Verdi bu şəxsə xələti-əlvan. Dedilər: - Ey şəhi-zəminü zəmən, Sadir oldu əcibə iş səndən. Hər müəbbir ki, halı etdi bəyan, Söylədin böylədir, deyil böhtan. Birini qanə eylədin qəltan, Birinə xələt eylədin ehsan. Dedi: - Ari, o iki mərdi-dilir Yuxumu yaxşı etdilər təbir. Leyk əvvəlki şəxs idi nadan, Sözü bipərdə qıldı şərhü bəyan. Neçə əvvəlki eylədi təbir, Sonrakı eylə qıldı həm təqrir. Sözü lazımdı şəxs eylə desin- Ki, təbiət o sözdən inciməsin. |