Bir şahənşahi-asimandərbar Etdi fəsli-şitadə1 əzmi-şikar. Gecə düşdü uzaq imarətdən, Ehtiyat eylədi mərarətdən.2 Gördülər var xaneyi-dehqan, Meyl qıldı o xanəyə soltan. Dedilər: - Ey şəhi-büləndəxtər, Beyti-dehqanı şah edərmi məqərr?3 Şahsən, qeyrə iltica etmə, Mənzilin xaneyi-gəda etmə. Burda xeymə quraq, yaxaq atəş, Dəfi-sərma qılar meyi-biqəş. Qurdular xeymə, tutdular aram, Mərdi-dehqanə oldu hal elam. Bir qədər mahəzər qılıb saman, Gətirib ərz qıldı: - Key sultan, Gər olaydın bu bikəsə mehman, Şənüvə yetməz idi bir nöqsan. Qoymadılar bu qövmi-danişmənd, Qədri-dehqan ola cahanda bulənd. Gəldi çün padşahə xoş bu kəlam, Köçdü, anın evində qıldı məqam. Sübh çün yetdi növbəti-nehzət, Verdi dehqanə nemətü xələt. Qıldı dehqan müşayiət şahi, Dedi: - Ey bürci-izzətin mahi, Qədri-sultanə yetmədi nöqsan, Oldu gər bir əkinçiyə mehman. Leyk dehqanın oldu qədri bülənd, İltifat etdi şahi-dövlətmənd. Yetdi dehqan bu feyzi-üzmayə - Ki, hüma saldı başına sayə. Bir daşı rəşki-ləli-nab etdin, Zərrəni misli-afitab etdin.
1Fəsli-şitadə - qış fəslində. 2Mərarət – kədərlənmək. 3Məqərr – məkan. |