Təmsil PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Bir dəvə bir uzunqulaq ilə
Yol gedirlərdi çox dəmağ ilə.
Çatdılar bir çayın qırağına,
Dəydi bu eşşəyin dəmağına.
Dəvənin çünki su belindən idi,
Çağırıb ol uzunqulağı, dedi:
-Qorxma, gəl sən də, ey rəvani-tənim,
su belimdən deyil yuxarı mənim.
Verdi eşşək cavab kim, ey yar,
Sözlərin doğrudur, yox eybü əvar.
O belindən sənin olan ənhar.
Daxil olsam mənim başımdan aşar.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365925